Son Xəbərlər:
Sabunçu rayonunda Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir

Sabunçu rayonunda Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir

Fevralın 25-i Maştağa və Ramana qəsəbələrindəki 22 və 198 saylı məktəblərdə faciə qurbanları anılmışdır.

Tədbirlərdə Azəzrbaycan QMƏVŞAİB-in Sabunçu rayon filialının sədri Zülfüqar Cəfərov, sədr müavini Şahin Bağırov və digər fəal üzvlər iştirak etmişlər. Gənc nəslə bu faciənin təkcə faciə olduğu deyil, həmçinin bir qəhrəmanlıq səlnaməsi olduğu çatdırılmış, xalqımızın daha sıx birləşməsində rolu olduğu bildirilmişdir. Keçirilən tədbirlərdə Şəhidlərimizin ruhu qarşısında bütün Azərbaycan xalqının mənən borclu olduğu qeyd edilmişdir.

Sonda məktəb və şagird kollektivləri ilə xatirə şəkilləri çəkdirilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок