Son Xəbərlər:
Sabunçu rayonunda şəhid ailələrinə yaşadığı ünvanlarda baş çəkmək artıq ənənə halını almışdır

Sabunçu rayonunda şəhid ailələrinə yaşadığı ünvanlarda baş çəkmək artıq ənənə halını almışdır

Bu dəfəki ünvan şəhid İmaməliyev Arif Ələkbər oğlunun ailəsi olmuşdur. İyunun 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsi ilə birlikdə Azərbaycan QMƏVŞAİB-in Sabunçu rayon filialının sədri Zülfüqar Cəfərov İmaməliyevlər ailəsinin qonağı olmuşlar. Ailə üzvləri ilə Arifin keçdiyi döyüş yolundan, şəhidlik zirvəsindən söhbətlər edilmişdir.

Arifin həyat yoldaşı Mehparə xanım Arif şəhid olduqdan sonra 3 azyaşlı körpə ilə yaşamış, bir çox çətinliklərlə üzləşmiş, lakin övladlarını onun adına layiq böyütmüşdür. Vurğulanmışdır ki, şəhidlərimizin qanının yerdə qalmaması üçün Ali Baş Komandanın rəhbərliyi altında dövlətimiz bütün addımları atır. Zəfər bayrağımızın işğal altında olan torpaqlarda dalğalanacaq gün çox da uzaqda deyil. Şəhidin ailəsi dövlət xidmətinin əməkdaşlarına və Azərbaycan QMƏVŞAİB-nin rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.

Ailəyə kiçik ərzaq sovqatı təqdim olunmuş, çay süfrəsi arxasında söhbət davam etdirilmişdir. Sonda xatirə şəkli çəkdirilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок