Son Xəbərlər:
Sabunçu rayonunda növbəti vətənpərvərlik tədbiri keçirilmişdir

Sabunçu rayonunda növbəti vətənpərvərlik tədbiri keçirilmişdir

Maştağa qəsəbəsindəki şəhid Kamal Məmmədov adına 209 saylı orta məktəbdə ən nümunəvi siniflərdən birinə Maştağada anadan olmuş şəhid Vaqif Quliyevin adı verilmişdir. Tədbirin təşəbbüskarı orta məktəbin rəhbərliyi və Azərbaycan QMƏVŞAİB-in Sabunçu rayon filialı olmuşdur.

Tədbirdən qabaq qonaqlar həmin siniflə tanış olmuş, şəhid üçün yaradılmış guşəyə baxmışlar. Məktəbin akt zalında isə şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalar nümayiş olunmuş, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmişdir.

İştirak edən qonaqlar öz çıxışlarında belə tədbirlərin gənclərimizin vətənpərvər ruhda büyüməsinə böyük təkan olduğunu vurğulamışlar. Filialın sədri Zülfüqar Cəfərov çıxış edərək Vaqif Quliyevin keçdiyi döyüş yolundan söhbət açmış, onun göstərdiyi qəhrəmanlıqlar haqqında məktəb kollektivini məlumatlandırmışdır. Tədbirdə şəhidin ailə üzvləri də iştirak etmişlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок