Son Xəbərlər:
Sabunçu rayonunda daha bir şəhidin anım günü qeyd edilmişdir

Sabunçu rayonunda daha bir şəhidin anım günü qeyd edilmişdir

2019-cu il iyunun 24-də şəhid Sultanov Mehdi Bahadır oğlunun anadan olduğu günlə əlaqədar Azərbaycan QMƏVŞAİB-in Sabunçu rayon filialının sədri Zülfüqar Cəfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sabunçu rayon şöbəsinin əməkdaşları, Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa  qəsəbə nümayəndiliyi ilə birlikdə şəhidin məzarı ziyarət edilmiş, ruhuna dualar oxunmuşdur.

Sonra Şəhid Mehdi Sultanovun ailəsinə baş çəkilmişdir. Qəhrəman əsgərin məktəb illərindən, əsgərlik dövründən atası Bahadır kişi kövrək xatirələrini qonaqlarla bölüşmüşdür.

Çay süfrəsi arxasında dövlətimizin Qarabağ müharibəsində şəhid və əlil olmuş igid oğulların ailələrinə göstərilən qayğıdan söz açılmış, bu ailələrə Ali Baş Komandanın xüsusi diqqəti olduğu vurğulanmışdır.

SHXÇDX tərəfindən ailəyə kiçik ərzaq sovqatı təqdim edilmiş, şəhidin adına ailəsi tərəfindən ehsan süfrəsi açılmışdır. Şəhidin ailə üzvləri gələn qonaqlara öz minnətdarlıqlarını bildirmişlər. Sonda xatirə şəkilləri çəkdirilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок