Son Xəbərlər:
Sabunçu rayonunda Azərbaycanın Silalı Qüvvələri gününə həsr olunmuş tədbir keçirilmişdir

Sabunçu rayonunda Azərbaycanın Silalı Qüvvələri gününə həsr olunmuş tədbir keçirilmişdir

2019-cu il iyunun 25-i Sabunçu rayonunda Azərbaycanın Silalı Qüvvələri gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir Bakı Sosial-iqtisadi kollecdə baş tutmuşdur. Dövlət himnimizin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə tələbələrin və kollecin məzunlarının ifasında vətənpərvərlik ruhunda bədii hissə nümayiş olunmuşdur. Kollecin direktoru, vətənpərvər insan Vidadi müəllimin çıxışından sonra, Azərbaycan QMƏVŞAİB-in Sabunçu rayon filialının sədri Zülfüqar Cəfərov, təşkilatın üzvü, ehtiyatda olan polkovnik Hikmət Ağayev çıxış edərək ordu quruculuğundan, Ali Baş Komandanın orduya qayğısından, əsgər və zabitlərimizin ruh yüksəkliyindən geniş söhbət açmışlar. Vurğulanmışdır ki, hər bir Azərbaycan vətəndaşı, hər bir gənc çalışdığı sahədə dövlətin, ordunun möhkəmlənməsinə öz tövhəsini əməli işiylə verməyə borcludur. Sonda kollecin kollektivi ilə xatirə şəkilləri çəkdirilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок