Son Xəbərlər:
Sabunçu rayonunda “Aprel zəfərimiz” adlı tədbir keçirilmişdir.

Sabunçu rayonunda “Aprel zəfərimiz” adlı tədbir keçirilmişdir.

Sabunçu qəsəbəsi, 215 saylı məktəbdə baş tutan tədbir Dövlət himnimiz və şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanılmışdır. Əvvəlcə şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş olunmuş, şeirlər dinlənilmişdir. Sonra məktəbin dirəktoru, müharibə veteranı Cavad Mustafayev aprel döyüşlərində ordumuzun zəfərindən danışmışdır.

Qonaq qismində dəvət olunan aprel döyüşlərinin bir neçə qəhrəmanı da zabit və əsgərlərin göstərdikləri igidlikdən söhbət açmışlar. Ən maraqlı çıxışı isə şəhid Müşviq Orucovun atası etmişdir. 700 bal toplayaraq Ali məktəbə qəbul olmuş Müşviq səngərdə də birinci olmuşdur. Onunla bağlı xatirələr məktəb kolləktivi, şagirdlər tərəfindən maralqla dinlənilmişdir.

Azərbaycan QMƏVŞAİB-in Sabunçu rayon filialının sədri Zülfüqar Cəfərov sonda çıxış edərək vətənpərvərliyin təkcə səngərdə oturmaqla, əldə silah tutmaqla olduğunda dəyil, həmçinin hər kəsin öz peşə sahəsində, təhsilində qabaqcıl olduğunda, dövlətə öz çalışdığı sahədə xeyir verirsə, deməli vətənpərvərdir.

Şəhid Müşviq Orucovun qısa ömrünə nəzər saldıqda ailə tərbiyəsinin, təhsil aldığı məktəbin, ilk müəlliminin əsl vətəndaşın böyüməsində nə qədər böyük önəm daşıdığını anlamaq olur.

Tədbirin sonunda bir neçə vətənpərvərlik mahnısı səsləndirildi və xatirə şəkilləri çəkdirildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок