Son Xəbərlər:
Sabirabadda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Sabirabadda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Sabirabad rayonunun Yenikənd şəhidlər qəbiristanlığında şəhid Samir Nadir oğlu Kərimovun əziz xatirəsinə ucaldılmış başdaşı abidəsinin açılışı olmuşdur. Həmçinin  Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş şəhid Ağarəhimov Afət Abdulla oğlunun da  məzarı ziyarət edilmiş, şəhidlərin məzarları önünə tər qərənfillər düzülmüşdür.

Daha sonra Afət Ağarəhimov adına Yenikənd tam orta məktəbində geniş tərkibli vətənpərvərllik tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycan QMƏVŞAİB-in  Sabirabad rayon filialının sədri Fizuli Paşayev və Qarabağ müharibəsi əlili Vüqar Qurbanov, məktəbin direktoru Mürşüd müəllim, şəhid qardaşları, müəllim heyəti və məktəblilər iştirak edirdilər. Çıxış edənlər Qarabağ savaşında şücaət göstərmiş sabirabadlı şəhidlərin həyat yolundan danışmış, vətəni onlar qədər sevməyi şagirdlərə tövsiyə etmişlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок