Son Xəbərlər:
Səxavət Tağlar “Vətənpərvərlik işində xidmətlərinə görə” medalına layiq görüldü

Səxavət Tağlar “Vətənpərvərlik işində xidmətlərinə görə” medalına layiq görüldü

Azərbaycan Respublikasinin Əməkdar müəllimi, yazıçı-publisist Səxavət Tağlar(Tağıyev) həm uğurlu pedaqoji fəaliyyətində, həm də ədəbi yaradıcılığında Vətənpərvərlik tərbiyəsinə görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə “Vətənpərvərlik işində xidmətlərinə görə” medalına layiq görüldü.  İmişli rayon MKS-da keçirilən təqdimolunma mərasimində İctima Birliyin İmişli rayon üzrə sədri Ələddin Qardaşov medalı Səxavət Tağlara təqdim etdi. Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon təmsilçisi Nazim Əzimov, Qarabağ müharibəsi veteranı Sərraf Ağayev, yazıçı Valeh Bahaduroğlu, müəllimin iş yoldaşları – Atamoğlan İmranov, Əlidursun İsayev, MKS-nın direktoru Lətifə Məmmədova və mədəniyyət işçisi Kəmalə Ələkbərova Səxavət Tağların ədəbi və pedaqoji işinin Vətən sevgisinin müxtəlif çalarlarından danışdılar.

Sonda Səxavət Tağlar təltifə görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İdarə Heyətinin sədri Mehdi Mehdiyevə və tədbir iştrakçılarına öz dərin təşəkkülünü bildirdi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок