Son Xəbərlər:
Səxavət Tağlar. «Ananın öyüdü» (hekayə)

Səxavət Tağlar. «Ananın öyüdü» (hekayə)

(Ana öyüdü: “Bala, bu ermənilər ki, var, çox xain və hiyləgər bir millətdir! Onlar yaxşılıq bilmir… Ömrü böyu ocağımızdan köz, bulağımızdan su götürüb, amma ocağımızda da, bulağımızda da gözləri olub… Hərbinin sirlərini mükəmməl öyrən, döyüşə də getmək lazım gəlsə öndə get!“)

…Müharibənin ilk günləri idi. Orta məktəbi yenicə bitirmiş Azər anasına (uşaq ikən atasını itirmişdi) demədən könüllülərdən ibarət dəstəyə üzv yazıldı.

Bunu eşidən anası Anaqız:

– A bala, deyirlər müharibəyə gedirsən?

– Hə, anacan, müharibəyə gedirəm. Qonşumuz Sabir kişinin oğlu Əsədin qisasını almağa! O,ölməli oğul deyildi…

Ana oğlunu dilə tutdu:

– Bala, tək oğulsan, sənin müharibədə nə işin? Görmürsən dünya qana çalxanır.

– Ana, nə olsun tək oğulam? Bəyəm Əsəd tək oğul deyildi?. Kəndimizin yaxınlığında gedən döyüşlərdə altı nəfər ermənini qanına qəltan elədi… Silahlarını gətirib bizimkilərə verdi. Geri qayıdarkən düşmən gülləsinə tuş gəldi. Heyıf Əsədə, hayıf… Hər dəfə onun nişanlısı Nazlını görəndə ürəyim intiqam hissi ilə alışır…

Ana yenə də onu fikrindən döndərməyə çalışdı:

– A bala, onsuz da qarşıda əsgərliyin var. Gedərsən, sənə hərbin sirlərini öyrədərlər! Lazım gəlsə döyüşə də apararlar…

– Yox, ay ana! Bunlar hələ qarşıdadır. Uşaqlar mənə “Sən idmançısan, ölkə çempionusan… Gəl kəndimizin müdafiəsinə gedək…” deyirlər.

Hərbi xidmət yaşına bir ay qalmış Azər anası ilə görüşüb, könüllülərdən ibarət dəstə ilə birlikdə kəndin müdafiəsinə yollandı.

… Ananın əli ev-eşik işlərinə yatmadı. “Axı, o uşaqdı, hərbi xidmət yaşı da tamam olmuyub”— deyə düşündü.

Azər isə doğulub boya-başa çatdığı kəndin müdafiəsi üçün könüllülərdən ibarət dəstədə xidmətilə öyündü.

…Gecə idi. Şaxtalı bir qış gecəsi. Quduzlaşmış düşmənin zirehli texnikaları od püskürürdü. Qığılcımlar yeri-göyü işıqlandırırdı. Azəri döyüş yoldaşları arxa hissədə keşikçi qoymuşdular…

…Bir gün… İki gün… Balaca keşikçi irəli getməyə can atırdı, amma hərb işində daha peşəkar olan döyüşçülər buna yol vermirdilər… .

Səhərə yaxın olardı. Azər ona verilmiş tapşırıqları icra etsə də, anasının narahatçılığı onu rahat buraxmadı… Yadına anasının söylədikləri düşdü:

– Bala, bu ermənilər ki, var, çox xain və hiyləgər bir millətdir! Onlar yaxşılıq bilmir… Ömrü böyu ocağımızdan köz, bulağımızdan su götürüb, ocağımızda da, bulağımızda da gözləri olub… Allah onlara lənət eləsin!

… Kasıb və tənha ana isə yataqda o qədər işgal olunmuş kəndləri, rayonları, bu dünyanın haqsızlıqlarını düşünmüşdü ki, yalnız sabaha yaxın yuxuya getmişdi.

… Ana hövlnak yuxudan oyandı. Artıq kəndin mal-qarası örüşdə idi. O, heyvanları növbəyə qoşa bilmədiyi üçün oğlu Azərin topladığı alafdan onların qabağına töküb, evə qayıtdı…

…Uşaq ikən oğlu Azərə dönə-dönə verdiyi öyüdlər kino lenti kimi beynində dolandı.

– Bu ermənilər ki, var, çox xain və hiyləgər bir millətdir! Onlar yaxşılıq bilmir… Ömrü böyu ocağımızdan köz, bulağımızdan su götürüb, amma ocağımızda da, bulağımızda da gözləri olub…

Artıq saat 10 olardı. Azər sərhəd boyunca örüşdə otlayan kənd heyvanlarının içində öz mal-qaralarını görməyib narahat oldu, evlərinə doğru yollandı. Həyətə çatanda kənd poçtalyonu Əli kişi də burada idi, hərbi komissarlıqdan Azərə çağırış vərəqi gətirmişdi…

Ana oğlunu görən kimi bağrına basdı. Sevincdən kövrəldiyi üçün bir kəlmə danışa bilmədi. Başını oğlunun sinəsinə söykəyərək göz yaşlarını gizlətməyə çalışdı. Lakin ana sussa da ürəyindən keçənləri Azər çox gözəl anlayırdı: “Bala, bu ermənilər ki, var, çox xain və hiyləgər bir millətdir! Onlar yaxşılıq bilmir… Ömrü böyu ocağımızdan köz, bulağımızdan su götürüb, amma ocağımızda da, bulağımızda da gözləri olub…Hərbinin sirlərini mükəmməl öyrən, döyüşə də getmək lazım gəlsə, öndə get!”

Səxavət Tağlar,
əməkdar müəllim, yazıçı-publisist.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок