Son Xəbərlər:
Səngəçal qəsəbəsindəki hərbi hissənin yaranmasının yubileyi keçirilmişdir

Səngəçal qəsəbəsindəki hərbi hissənin yaranmasının yubileyi keçirilmişdir

13 mart 2019-cu il tarixdə Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən «N » saylı hərbi hissənin yaranmasının yubiley tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycan QMƏVŞAİB-in sədr müavini Aris  Məmmədov, ictimai birliyin Qaradağ filialının sədri Maqsud Heydərov və filialın bir qrup üzvü iştirak etmişlər.

Tədbir Dövlət Himni və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə  başladı.

Aris  Məmmədov  çıxış edərək Azərbaycan QMƏVŞAİB-in sədri Mehdi Mehdiyevin təbriklərini çatdırdı. O, çıxışında  hərbi hissənin keçdiyi şərəfli döyüş yolundan danışdı. Tədbirdə müharibə veteranları və digər qonaqlar çıxış edərək hərbçilərimizə uğurlar arzuladilar.

Maqsud Heydərov  çıxış edərək hərbi hissənin rayon ərazisində keçirilən tədbirlərdə fəal iştirakini qeyd etdi. Vətənpərvərlik tədbirlərində fəal iştirak edən bir qrup hərbçiyə ictimai   birlik tərəfindən qiymətli hədiyyələr, «Fəxri Fərmanlar»  və ictimai birliyin təsis etdiyi «Vətən Naminə» medalı verildi.

İctimai birliyin Qaradağ filialının keçirdiyi şeir müsabiqələrnin qalibi olan 294 saylı tam orta məktəbin şagirdi İsmayıl Məmmədzadə tədbir iştirakçılarını şeirlə təbrik etdi.

Tədbir rayonun Qobustan qəsəbəsi Mədəniyyət evinin musiqi kollektivinin hazırladığı maraqlı proqramlarla davam etdirildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок