Son Xəbərlər:
Şəhid Hacıyev Mehman  Mayıl oğlunun atası dünyasını dəyişdi.

Şəhid Hacıyev Mehman Mayıl oğlunun atası dünyasını dəyişdi.

Hacıyev Mehman  Mayıl oğlu 1973-cü il fevralın 2-si Qazax şəhərində anadan olmuşdur. 1990-cı ildə Qazax rayon M.Hüseyn adına İnternat tam orta məktəbini bitirmiş, 1991-ci ildə SSRİ  Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Ölkəmizə erməni-daşnaq birləşmələrinin hərbi  təcavüzü yüz minlərlə millətini, elini sevən, vətənpərvər igid oğullarımız kimi, Mehmanı da öz torpağını müdafiə etmək, ana-bacılarının namusunu, qeyrətini qorumaq üçün Vətənə qayıdıb könüllü olaraq haqq mübarizəsinə qoşulmağa vadar etdi.

1992-ci il noyabrın 8-i Qazax rayon Böyük Cəfərli kənd Qara Cal yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur.

Martın 9-u şəhidimizin atası, 80 yaşlı Hacıyev Mayıl Feyzi oğlu dünyasını dəyişdi…

Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının sədri Kamandar Məmmədov başda olmaqla ictimai birliyin idarə heyəti mərhumun yas mərasimində iştirak edərək maddi və mənəvi dəstək oldular. Kamandar Məmmədov şəhid atasının övladlarına Azərbaycan QMƏVŞAİB-in sədri M.Mehdiyevin başsaglığını çatdırdı.

Allah rəhmət eləsin.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок