2019-cu il yanvarın 22-si Bakıdakı 36 saylı orta məktəbdə Azərbaycan QMƏVŞAİB-in Nəsimi rayon filialının üzvü olan iki şəhidin anası Lətifə xanım Novruzovanın ıştirakı ilə oğlanlarının 25 illik anım tədbiri keçirilmişdir.
Anım mərasimində filialın sədri Azər Quliyev çıxış etmişdir. Çıxışında o, Novruzov qardaşlarının igidliyindən, qəhrəmanlığından danışmışdır.
Tədbirdən sonra 36 saylı orta məktəbin direktoru tərəfindən şəhidlərimizin ruhuna ehsan süfrəsi verilmişdir.
Məktəbin şagirdləri də tədbirdə yaxından iştirak etmişlər.