Son Xəbərlər:
Şəhid ailələri və müharibə əlilləri dövlət qayğisindan  kənarda qalmamalidir!

Şəhid ailələri və müharibə əlilləri dövlət qayğisindan kənarda qalmamalidir!

2017-ci il iyulun 15-i YAP Şirvan şəhər təşkilatınin iclas zalında  Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Şirvan şəhərində “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layi­hə­sinində nəzərdə tutulmuş, “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda iclas keçirildi.

İclasda  adiyyəti olan idarələrin, Şirvan şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsəllər şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər idarəsinin, Dövlət Sığorta Kommersiya Şirkətinin Şirvan şəhər şöbəsinin, Şirvan şəhər Dövlət Sosial Müdafiyə Fondunun, Şirvan şəhər Mərkəzi Xəstəxanasının, QHT-nın rəhbərlərinin, Qarabağ müharibəsində şəhid ailələri, Əfqanıstan, Qarabağ müharibəsi və Çernobıl əlilləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan layihənin direktoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti Sərraf Oruc iclasa başlamazdan öncə iclas iştirakçılarından, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş hərbiçilərin və vətəndaşların  xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

Sonra Sərraf Oruc həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarına və həmçinin Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almış Əfqanıstan, Qarabaq müharibəsi əlillərinin və Çernobıl qəzasının əlillərinin xarici ölkələrdə müalicələrinin, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdan ibarətdir.

Şəhid ailələrinə, müharibə əlillərinə, ve­teran­larına və əhalinin həs­sas təbəqəsi hesab olunan  insanlara qay­ğı göstərmək həm cəmiy­yətin, həm də dövlətin başlıca vəzifələ­rin­dən biridir!

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, Qarabağ müharibəsində şəhid olmuş ailələrin, Əfqanıstan, Qarabağ müharibəsi əlillərinin və Çernobıl qəzasınında sağlamlığlarını itirmiş şəxslərin tibbi reabilitasiyası və sosial müdafiəsi “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi reabiltiasiyası və sosial müdafiəsi” haqqında Azərbaycan Respublikasının qanununa əsasən aidiyyatı  dövlət idarələri tərəfindən təmin olunmalı və onların hər birinin sosial təminatı günü-gündən yaxşılaşdırılmalıdır.

Adları qeyd olunan vətəndaşların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını  ar­tır­­maq məqsədi ilə, Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyev müvafiq Fərman və Sərəncamlar imzalamışdır. Bu gün də bu təbəqəyə diqqət və qayğı Azərbaycan Respublikasının prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı İlham Əliyev cənabları tərəfindən müxtəlif fərman və sərən­camlar imzalanaraq davam etdirilir.

Amma çox təəssüflər olsun ki, şəhid ailələri və müharibə əlillərinin əksər hissəsi son illər, Azərbaycan Respublikası prezidenti tərəfindən imzalanmış Fərman və Sərəncam haqqında qanunları bilmədikləri üçün, onlara şamil edilmiş imtiyazlardan faydalana bilməyərək, çox vaxt tibbi-sosial problemlərlə üzləşirlər. Buna görə də, aidiyyati olan icra orqanlarında, tibb müəssələrində şəhid ailələri və müharibə əlillərinə olan biganəlik və laqeyd münasibət onları mənən sarsıdır. Tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtlı-vaxtında müalicə almırlar. Buna görə də onlarda yeni-yeni xoşagəlməz xəstəliklər yaranır, vaxtsız dünyasını dəyişirlər.

Dövlət, hökumət orqanlarının, idarələrinin, təşkilatların rəhbərləri və digər vəzifəli şəxslər Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində şəhid olmuş vətəndaşların ailələlərinə, müharibə əlil və veteranlarına layiqincə xidmət göstərərək onları hökumətdən incik salmamalıdırlar. Vəzifəli şəxslər hər bir vətəndaşı qəbul edərkən unutmamalıdır ki, torpaqlarımızın 20 faizi hələ də yadelli erməni işğalçılarının əsarəti altındadr. Qəbul etdikləri ailələrdə işğal olunmuş torpaqlarımızın azad olunması üçün əsgər və zabitlər, Mübariz İbrahimov, Murad Mirzəyev kimi yeni-yeni Milli Qəhramanlarımız böyüyür. Məmurlar, vəzifəli şəxslər xoşagəlməz rəftarları ilə onların vətənpvərlik ruhlarını və hisslərini sarsıtmamalıdırlar!

Daha sonra Sərraf Oruc layihədə nəzərdə tutulmuş ən ağır problemlərdən biri olan Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almış Qarabağ müharibəsi  əlillərinin xarici ölkələrdə müalicə olunmalarında yaranmış problemlərlə əlaqədar  və  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-ında elektron xidməti vasitəsilə əlliliyin təyin olunması, əlillik müayinəsinin nəticəsi, növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi və sonuncu müayinə barədə məlumat almaq üçün, əlil vətəndaşlara «Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı (https://www.e-gov.az/az/services) e-xidməti yaradılması barəsində  iclas iştirakçılarına ətraflı məlumat verdilər.

Şirvan şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsəllər şöbəsinin müdir əvəzi Adəm Hüseynov bildirdi ki, Şirvan şəhərində 157 şəhid ailəsi var, onlardan 3 nəfəri ölümündən sonra Azərbaycanin Milli Qəhranı adna layiq görülmüşdür. 125 nəfər Qarabağ müharibəsi əlili, 160 nəfər Əfqanstan  müharibəsi veteranı,  99 nəfər isə Çernobıl qəzasınında sağlamlığını itirmiş əlildir. Bu insanlar hər vaxt Şirvan şəhər İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalovun tapşırığına əsasən İcra Hakimiyyətinin diqqət və qayğsı altında olmuş, onların tibbi-sosial məsələlərinin həllində yaxından köməklik göstərilmiş, əlimizdən gələn köməkliyi onlardan əsirgəməmişik. Bu diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər idarəsinin rəisi, polkovnik-lentenant Rəfət Abdullayev, Şirvan şəhər Dövlət Sosial Müdafiyə Fondunun müdüri Nazim Hüseyinov, Şirvan şəhər Mərkəzi Xəstəxanasının həkimi  Əbülhəsən İbrahimov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Şirvan şəhər filialının sədri Pənah Xankışiyev çıxış edərək şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitlərini almalarında və həmçinin Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək respublikadan kənarda müalicə almaları üçün rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicə olunmalarında yaranmış problemlərlə əlaqədar iclas iştirakçılarına ətraflı məlumat verdilər.  Çıxış edənlər öz çıxışlarnın sonunda “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layi­hə­sinin əhəmiyyətindən danışmış, layihənin icrasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Azərbaycan Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fonduna öz təşəkkürlərini bildirdilər.

Lyihənin direktoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti Sərraf Oruc “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layi­hə­sininin Şirvan şəhərində işgüzar və efektiv keçməsinə şərait yaradıb yaxından köməklik göstərdikləri üçün ilk oncə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalova,  Şirvan şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir əvəzi Adəm Hüseynova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər idarəsinin rəisi, polkovnik-lentenant Rəfət Abdullayevə, Şirvan şəhər Dövlət Sosial Müdafiyə Fondunun müdüri Nazim Hüseynova, Şirvan şəhər Mərkəzi Xəstəxanasının həkimi Əbülhəsən İbrahimova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Şirvan şəhər filialının sədri Pənah Xankışiyevə öz təşəkkürünü bildirdi.

Iclasda “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi və sosial hüquqları” adlı maarifləndirici kitabı şəhid ailələrinə, Əfqanstan, Qarabağ müharibəsi və Çernobıl əlillərinə paylandı.

Iclasda şəhid ailələrinin, Əfqanstan, Qarabağ müharibəsi və Çernobıl əlillərinin tibi-sosial məsələlər və sığorta pul vəsaitlərinin alınması barədə sualları cavablandırlaraq aydınlıq gətirildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок