Son Xəbərlər:
Şəhid Əliyev Qabil Cəlil oğlunun anım günü qeyd olundu

Şəhid Əliyev Qabil Cəlil oğlunun anım günü qeyd olundu

Azərbaycan QMƏVŞAİB-in Tərtər rayon  filialının təşəbbüsü ilə ərazilərimizin bütövlüyü uğrunda şəhid olmuş Tərtər rayon Sarıcalı kənd sakini Əliyev Qabil Cəlil oğlunun anım günü qeyd olunnuşdur.

İlk öncə Sarcalı kənd şəhidləri abidəsi və  şəhid  Qabil Əliyevin məzarı  ziyarət  edilib üzərinə gül  dəstələri düzülərək yad edilmiş və şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

Anım günündə filialın sədri Suliddin Yusibov, SHXÇDX-nin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, Tərtər Cümə məscidinin imamı Hacı Sadiq Cəfərov, şəhid Qabil Əliyevin adını daşıyan Tərtər rayon Sarcalı kənd orta məktəbinin müəllim  və şagirdləri, Sarcalı kənd körpələr evi-uşaq bağçasının kollektivi və şəhidin döyüş yoldaşları  iştirak edirdilər. Tədbiri giriş sözü ilə Suliddin Yusibov açaraq şəhidin həyat və döyüş yolundan danısdı. SHXÇDX-nin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, Tərtər rayon Sarıcalı kənd orta məktəbinin direktor əvəzi Vəsilə Mehtiyeva, Tərtər Cümə məscidinin imamı Hacı Sadiq Cəfərov və şəhidin döyüş yoldaşları Əliyev Qabilin  keçdiyi döyüş yolundan danışdılar. Şəhidin həyat yoldaşı Kəklik Əliyeva və qızı Əsmər Əliyeva tədbirin təşkil olmasında əməyi olan hər bir kəsə öz minnətdarlıqlarını bildirdilər. Kəklik Əliyeva bütün şəhid ailələrinə diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova, Azərbaycan QMƏVŞAİB-in Tərtər rayon filialının rəhbərliyinə öz minnətdarlığnı bildirdi.

Sonda şəhidin qızı Əsmər Əliyevaya Azərbycan OMƏVŞAİB-in təsis etdiyi tərəfindən “Vətən naminə” medalı təqdim olundu.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок