Son Xəbərlər:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7-ci ildönümü ilə əlaqədar Sabunçu rayonunda tədbir keçirilmişdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7-ci ildönümü ilə əlaqədar Sabunçu rayonunda tədbir keçirilmişdir

Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin məsul işçiləri, SHXÇDX-nin əməkdaşları, Azərbaycan QMƏVŞAİB-in üzvləri iştirak etmişlər. Tədbirdə Sabunçu RİH-in sektor müdiri Ədalət Teymurov, SHXÇDX-nin Sabunçu rayon idarəsinin rəisi, polkovnik Rövşən Babayev, ictimai birliyin Sabunçu rayon filialının sədri Zülfüqar Cəfərov çıxış etmişlər. Natiqlər Dövlət Xidmətinin 7 illik fəaliyyəti dövründə gördüyü işlərdən geniş danışmış, fəaliyyətlərində vətənpərvərlik prinsipini əsas götürdüklərini vurğulamışlar.

Z.Cəfərov SHXÇDX-nin rayon idarəsi ilə daimi sıx əməkdaşlıqlarından söz açmış, müharibə iştirakçılarına göstərilən diqqəti təqdirəlayiq hesab etmişdir.

Tədbirdə fərqlənən əməkdaşlara və Azərbaycan QMƏVŞAİB-in bir neçə üzvünə SHXÇDX tərəfindən fəxri fərmanlar təqdim edilmişdir.

Sonda xatirə şəkilləri çəkilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок