Son Xəbərlər:
Rusiya Azərbaycanlıları İttifaqı təsis olundu: bundan sonra nələr gözlənilir?

Rusiya Azərbaycanlıları İttifaqı təsis olundu: bundan sonra nələr gözlənilir?

Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə Moskvada Rusiya Azərbaycanlılarının I Forumu və Rusiya Azərbaycanlıları İttifaqının Təsis Konfransı keçirilib.

Təsis Konfransına Rusiya Federasiyasının 56 regionunu təmsil edən diaspor qurumlarının təmsilçiləri qatılıb. Qərara alınıb ki, 3 ay ərzində Rusiya qanunvericiliyinə uyğun olaraq hazırlıq işləri keçirilsin, Nizamnamə hazırlansın və qurultay təyin olunsun. Bundan başqa Nizamnamənin bəndlərinin təsisçi təşkilatların hüquqşünasları tərəfindən onlayn qaydada müzakirə ediləcəyi təklifi qəbul edilib.

Müzakirələrdə Rusiya Azərbaycanlıları İttifaqının prezidentliyinə Dünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədovun namizədliyi irəli sürülüb.

Rusiya Azərbaycanlıları İttifaqının təsis qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvləri Tofiq Rzayev və Mirkazım Seyidov Musavat TV-nin suallarını cavablandırıb.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок