Son Xəbərlər:
Regionlarda prezidentin fərmanina ictimai dəstək verilir

Regionlarda prezidentin fərmanina ictimai dəstək verilir

Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Mətbuat Xidmətinin vetennamine.az saytına verdiyi məlumata görə, 2018-ci il iyunun 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu Qərb bölgəsinin Ağstafa rayonunda “Regionlarda şəhid ailələrinin, müharibə əlillərinin tibbi reabilitasiyası və sosial problemlərinin həllinə dəstək” layihəsində nəzərdə tutulmuş “Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda maarifləndirmə iclası keçirildi.

İclasda aidiyyatı olan idarələrin, Ağstafa rayon İcra Hakimiyyətinin, QHT rəhbərləri, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələri, müharibə əlilləri və ve­teran­lar iştirak edirdilər. Tədbirin mövzusu o qədər marağlı və aktual idi ki, hətta qonşu Qazax rayonundan da şəhid ailləri və müharibə əlliləri gəlmişdilər.

İclas Azərbaycan Respublikasının dövlət müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş hərbçilərin və vətəndaşların xatirəsi yad edilərək öz işinə başladı.

Ağstafa rayon İcra Hakimiyyətinin Ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əziz Məsmaliyev iclası açıq elan edərək, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin adından iştirakçıları salamladı.  O, şəhid ailələrinin birdəfəlik sığorta vəsaitini almalarına və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə hüquqi köməklik gostərəçək belə bir əhəmiyyətli layihənin keçirilməsinə, maarifləndirməyə töhfə verdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun əməkdaşlarına öz təşəkkürünü bildirdi.

Daha sonra layihənin direktoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»nin direktoru Sərraf Oruc çıxış edərək bildirdi ki, «Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və ve­teran­lara qay­ğı göstərmək həm dövlətin, həm də cəmiy­yətin başlıca vəzifələ­rin­dən biridir!». Qeyd olunan vətəndaşların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını ar­tır­­maq məqsədi ilə Azərbaycan Respublikasının prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən müxtəlif fərman və sərən­camlar imzalanır.

Həyata keçirilən layihənin əsas məqsədi, məhz 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə, Azərbaycan Respublikası prezidentinin, 19 aprel 2018-ci il tarixli Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik sığorta vəsaitini almaları üçün ayrı-ayrı regionlarda maarifləndirmə işləri aparmaq və hüquqi köməklik göstərməkdən ibarətdir.

Layihə çərçivəsində həmçinin regionlarda, Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almış müharibəsi əlillərinin xarici ölkələrdə müalicələrinin, Səhiyyə Nazirliki və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliki tərəfindən təmin olunmasına hüquqi köməklik göstəriləcəkdir.

Daha sonra Sərraf Oruc ümid etdiyini bildirdi ki, prezidentin 19 aprel 2018-ci il tarixli fərmanından sonra cənab prezidentin bu istiqamətdə növbəti fərmanı  I qrup Qarabağ əlillərinə 8 min 8 yüz manat, II qrup Qarabağ əlillərinə 6 min 600 manat, III qrup Qarabağ əlillərinə isə 4 min 400 manat birdəfəlik sığorta pulunun ödənilməsi ilə bağlı olacaq və tezliklə onların da söqorta məsələləri öz həllini tapacaqdır. Çünki həmin kateqoriyadan olan vətəndaşlarımızın bu vəsaitə çox ehtiyacları var.

Daha sonra prezdentin məlum Fərmanının icrasına aidiyyatı olan idarənin – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin rəisi mayor Fizuli Əliyev rəsmi statistik məlumar verərək bildirdi ki, Ağstafa rayonu üzrə 421 nəfər Böyük Vətən müharibəsi iştirakçısı, 69 nəfər Əfqanıstanda döyüşmüş Beynəlmiləlçi Döyüşçülər, 15 nəfər isə digər məhəlli müharibə veteranı, 152 şəhid (onlardan 4 nəfəri Azərbaycanin Milli Qəhranıdır) ailəsi, 1258 nəfər Qarabağ müharibəsi veteranı, 35 nəfər isə Çernobıl AES qəzasının iştirakçısıdır. Sonuncu şəhidimiz 20 may 2018-ci tarixində, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman həlak olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Tatarov Adil Əli oğludur. Bu insanlar həmişə Ağstafa rayonu İcra Hakimiyyətin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin diqqət və qayğsı altında olmuş, onların tibbi-sosial məsələlərinə əlimizdən gələn köməkliyi əsirgəməmişik. Dövlətimiz tərəfindən bu diqqət-qayğı olub və bundan sonrada davam etdiriləcəkdir.

Daha sonra Ağstafa rayon Dövlət Sosial Müdafiyə Fondunun müdüri Oktay Məsməliyev, Dövlət Sığorta Kommersiya Şirkətinin Ağstafa rayon filalının direktoru Sahib Salıfov, Dövlət Sığorta Kommersiya Şirkətinin Qazax rayon filalının direktoru Mübariz Abdullayev, Ağstafa rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatıma Vəliyeva, Gənclər və İdman Nazirliyinin Ağstafa rayon idarəsinin baş məsləhətçisi Turan Hüseyinov, «Əfqanıstan Müharibəsi Veteranları» Birliyinin sədri Mirzahid Haciyev, Silahlı Qüvvələr və Əmək Respublika Veteranlar Təşkilatının Ağstafa rayon şöbəsinin sədri Fərhad Əliyev, Respublika Ağsaqqallar Şurasının Ağstafa rayon şöbəsinin sədri Firdovsi Heydərli, “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” ictimai birliyinin Ağstafa rayon şöbəsinin sədri Asif Abdullayev çıxış edərək şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitləri haqqında şəhid ailələrinin, müharibə əlillərinin tibbi reabilitasiyası və sosial məsəllər ilə əlaqədar iclas iştirakçılarına ətraflı məlumat verdilər.

Çıxış edənlər öz çıxışlarnın sonunda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2018-ci il tarixində imzaladığı Fərmanını müsbət qiymətləndirərək, cənab prezidentə və Fərmanın regionlarda icra olunmasına ictimai dəstək verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Azərbay­can Respub­likasıBeynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun əməkdaşlarına öz təşəkkürlərini bildirdilər.

Iclasda şəhid ailələrinə, müharibə əlillərinə prezidentin 19 aprel 2018-ci il tarixli Fərmanı haqqında maarifləndirmə bukleti paylandı və Ağstafa rayondakı aidiyyatı olan idarələrin rəhbərləri tərəfindən şəhid ailələrini, müharibə əlillərinı maraqlandıran suallara aydınlıq gətirildi.

Iclas Ağstafa rayonunda şəhid ailələrinə, müharibə əlillərinə, vetranlara göstərdikləri diqqət və qayğıya, gənclərin hərbi-vətənpərvərlik ruhunun aşılamasındakı xidmətlərinə görə bir neçə nəfərə Fəxri Fərmanlar və Respublika Veteranlar Təşkilatının medalı təqdim edilərək yekunlaşdı.

 

Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Mətbuat Xidməti

Mob: (+99455)210 9716.

E-poçt: denizpasha555@mail.ru

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок