Son Xəbərlər:
Qusarlı gənclər “Şəhidimiz” kampaniyasına qoşulublar

Qusarlı gənclər “Şəhidimiz” kampaniyasına qoşulublar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə reallaşan “Şəhidimiz” kampaniyasına qoşulan qusarlı gənclər əvvəlcə Qusardakı Şəhidlər Xiyabanına yürüş ediblər. Burada Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun məzarı ziyarət olunub, torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının xatirəsi anılıb.

Sonra gənclər Qusardakı 10-a yaxın şəhid ailəsinə baş çəkərək, onlarla həmrəylik nümayiş etdiriblər.

Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Qusar filialın sədri Canəli Hörməti də iştirak edib.

02.12.2019 tarixdə Qusar rayonunda şəhid ailələrinə də baş çəkilib.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок