Son Xəbərlər:
Qusarda Qurban bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatları paylanılıb

Qusarda Qurban bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatları paylanılıb

Qusarda da Qurban bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatları paylanılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinın Qusar rayon şöbəsinin nümayəndələri və Azərbaycan QMƏVŞAİB-in Qusar rayon filialının sədri Canəli Hörmətov şəhid ailələrinin qonağı olub, onları bayram münasibətilə təbrik edib, gündəlik qayğıları ilə naraqlanıblar.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının ailələrinə yüksək diqqət və qayğı göstərildiyi bilfdirilmişdir. Şəhid ailələrinin üzvləri onlara göstərilən qayğıya görə minətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, Qarabağ uğrunda gedən döyüşlərdə 64 nəfər Qusar sakini şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок