Son Xəbərlər:
Qusar rayonunda Azərbaycanın Milli qəhrəmanı  Çingiz Qurbanovun doğum günü qeyd edilmişdir

Qusar rayonunda Azərbaycanın Milli qəhrəmanı Çingiz Qurbanovun doğum günü qeyd edilmişdir

Qusar rayondakı Azərbaycanın Milli qəhrəmanı Çingiz Qurbanovun doğum günü qeyd edilmişdir. Anım mərasimində Azərbaycan QMƏVŞAİB Qusar rayon filialının üzvləri, şəhidin ailə üzvləri və qohumları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin rəisi Nicat Həsənov, idarə və təşkilatların nümayəndələri, məktəblilər iştirak edirdilər. Şəhidin məzarı önünə gül dəstələri düzülmüş, ruhuna dualar oxunmuşdur.

Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olmuşdur. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir. Düşmənlə üzbəüz qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. O, geri çəkilmədi, qorxmadı, baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır.

Çingiz Salman oğlu QurbanovAzərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок