Son Xəbərlər:
Qurban bayramı münasibətilə Azərbaycan QMƏVŞAİB-in sədri cənab Mehdi Mehdiyevin təbriki

Qurban bayramı münasibətilə Azərbaycan QMƏVŞAİB-in sədri cənab Mehdi Mehdiyevin təbriki

Əziz şəhid ailələri və döyüşçü qardaşlarım!

İslam humanizm və demokratik ideyaları ilə dinlər arasında ən ümdə yerlərdən birini tutur. İslami dəyərlər və ənənələr xalqımızın dünyagörüşünün yaranmasında və mədəni inkişafında çox böyük rol oynamışdır. Xalqımız insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa çağıran Qurban bayramını ən ülvi duyğularla qarşılayır, Allaha yaxınlığın təcəssümü kimi keçirirlər.

Əziz şəhid ailələri və döyüşçü qardaşlarım!

Sizi, ailə üzvlərinizi və yaxınlarınızı xalqımızın, müsəlman dünyasının müqəddəs bayramlarından biri olan Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, süfrələrinizə bərəkət, ailələrinizə firavanlıq və xoş güzəran arzulayıram. Tezliklə işğal altında olan torpaqlarımızı azad etməyi və qurbanlarımızı həmin ərazilərdə kəsməyi Allah bizə nəsib etsin.

Qoy Allah bu bayramda kəsdiyiniz qurbanları qəbul etsin.

Qurban bayramınız mübarək olsun!

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок