Son Xəbərlər:
Qubanın ən ucqar kəndində vətənpərvərlik tədbiri keçirilmişdir

Qubanın ən ucqar kəndində vətənpərvərlik tədbiri keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in Quba rayon filalının təşkilatçılığı ilə Quba rayon mərkəzindən 80 km aralıda yerləşən ən ucqar kəndi olan Teymur Şahbazov adına Xaltan kənd tam orta məktəbində vətənpərvərlik mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə filalln sədri Yusif Nöhbalayev, ehtiyatda olan hərbçilər – baş leytenant Mobil Əhmədov, baş leytenant, 2 qrup Qarabağ əlili İsmət Cəfərov keçmiş kəşfiyatçı, yazıçı və müharibə veteranı Kərim Dünyamalı və başqa şəxslər istirak etmişlər.

Məktəbin direktoru İlham Seyfəddinov tədbiri açlq elan etmişdir.

Dövlət Himni canlı olaraq iştirakçllar tərəfindən ifa olundu.

Şəhidlərmizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Yusif Nöhbaıayev, İsmət Cəfərov, Mobil Əhmədov və İlham Seyfəddinov çıxış edərək dövlət və ordu quruculuğundan, cəbhədəki vəziyyətdən, ordumuzun qüdrətindən və hər bir məktəblinin, əsgərin, ziyalının, əlilin, veteranın üzərinə düşən məqsəddən danışdıılar.

Çıxış edənlər Ali Baş Komandanın əmrinə hazlr olduqlarını və hər an döyüşə hazır olduqlarını qeyd etdilər. Sonra məktəblilərin ifasında bədii-publisistik proqram ifa olundu. Məktəblilər Vətən haqqında ordumuz haqqında şeirlər ifa etdilər.

Tədbir çox böyük ruh yüksəkliyi ilə başa çatdı.

Qeyd edim ki, tədbirdə inzibati-ərazi vahidiliyinin nümayəndəsi, bələdiyə sədri və kənt camaatının nümayəndələri iştirak etmişlər.

Şəhid Teymur Şahbazovun məzarına tər gül-çiçək dəstələri qoyulmuş və dualar oxunmuşdur.

 

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок