Qubada vətənpərvərlik tədbiri keçirilmişdir

Quba rayon mərkəzi kitabxanası və Azərbaycan QMƏVŞAİB-in Quba rayon filialının dəstəyi və təşkilatçılığı ilə hərbi-vətənpərvərlik tədbiri keçirilmişdir.

Tədbirdə mərkəzi kitabxananın müdiri Saməddin müəllim və filialın sədri Yusif Nöhbalayev çıxış edərək hal-hazırda Azərbaycanda ordu quruculuğundan danışmışlar.

Müzakirələr zamanı gənclərin kitabxanalara cəıb olunmalarından, kitabı sevmələrindən və vətənpərvərlikdən bəhs edilən kitablarla ünsiyyətin vacibliyindən bəhs edilmişdir.