Son Xəbərlər:
Qubada vətənpərvərlik tədbiri keçirilib

Qubada vətənpərvərlik tədbiri keçirilib

Azərbaycan QMƏVŞAİB-in Quba rayon filialının təşkilatçılığı ilə Elşad Bayramov adına Quba rayon Alpan kənd tam orta məktəbində hərbi-vətənpərvərlik tədbiri keçirilmişdir.

Tədbirdə filialın sədri Yusif Nöhbalayev, müavini Rəşid Əmirov, ehtiyatda olan zabitlər Mobil Əhmədov, İsmət Cəfərov, şair Cabir Ağaoğlu, Alpan İƏV-in nümayəndəsi
Cavid Əlibəyov, məktəbin direktor əvəzi Turan Hacıyev, müəllimlər, şagirdlər, Qarabağ əlilləri və veteranları iştirak edirdilər.

Tədbirdə I qrup Qarabağ əlili İsgəndərov Sahib Səməd oğluna ictimai birliyin təsis etdiyi “Vətənpərvərlik işlərində xidmətlərinə görə” medalı təqdim olundu.

Filialın sədri Yusif Nöhbalayev tədbiri açıq elan etdi. Bir dəqiqəlik sükutla şəhidlərimizin ruhu yad edildi. Iştirakçılar tərəfindən Dövlət Himni canlı olaraq ifa olundu. Daha sonra zala Azərbaycan bayrağl gətiriidi; bayraq iştirakçıların böyük coşqusu ilə ayaq ustə alqışlarla qarşılandı.

Çıxış edənlər – Yusif Nöhbalayev, Mobil Əhmədov, İsmət Cəfərov, Cavid Əlibəyov, şair Cabir Ağaoğlu, Turan Hacıyev və tarix müəllimi Əfil Dadaşov dövlətimizin siyasətindən, ordu quruculuğundan, Azərbaycanda baş vermiş siyasi hadisələrdən, keçmiş döyüş yolundan, aprel döyüşlərindən və hal-hazlrda əsgərlərimizin yüksək döyüş əhval-ruhiyyəsindən danlşdııar.

Məktəbin şagirdlərinin ifasında bədii kompozisya təqdim olundu, şeirlər səsləndi.

Tədbir böyük ruh yüksəkliyi ilə sona çatdı. Belə tədbirlərin tez-tez təşkil oıunmasını arzuladııar və bu barədə bizdən xahiş etdilər.

Sonda xatirə şəkilləri çəkildi.

Qeyd edək ki, Quba rayonunun Alpan kəndindən hal-hazırda Azərbaycan Ordusunda çoxlu zabit xidmət edir, rayonda ən çox şəhid verən kənd kimi tanınır. Belə ki, bu kəndin 16 şəhidi, 20 müharibə veteranı, 8 Qarabağ əlili var…

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок