Son Xəbərlər:
Qubada “Torpaq əğər uğrunda ölən varsa, Vətəndir” adlı vətənpərvərlik tədbiri keçirilmişdir

Qubada “Torpaq əğər uğrunda ölən varsa, Vətəndir” adlı vətənpərvərlik tədbiri keçirilmişdir

2019-cu il mayın 8-i Qubadakı şəhid Hikmət Hacıyev adlna  4 sayll tam orta məktəbdə SHXÇDX-nin Quba rayon şöbəsi və Azərbaycan QMƏVŞAİB-in Quba rayon filialının birgə təşəbbusu və təşkilatçılığı ilə “Torpaq əğər uğrunda ölən varsa, Vətəndir” adlı vətənpərvərlik tədbiri keçirilmişdir.

Tədbirdə Quba məktəbliləri arasında bu mövzuda keçirilən inşa yazısı müsabiqəsinin qalibləri müəyən edildi və mükafatlandırıldı.

Tədbirdə bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi veteranları da iştirak edirdilər.

Filialın sədri Yusif Nöhbalayev çıxış edərək mayln 8-nin Vətənmizin dilbər guşəsi olan Şuşanın işğalı günü olduğunu qeyd etdi və vurğuladı ki, bir vətəndaş olaraq hamımız bir nəfər kimi Vətənmizin və Şuşamızın azad olunmasına hazır olmalıyıq.

Şuşa uğrunda və Vətənmizin müdafiəsi uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə məktəbin direktor müavini, təhsil şöbəsinin metodisti ilə bərabər, SHXÇDX-nin Quba şöbəsinin rəis müavini Ziya Baqırlı da çıxış etdi.

Daha sonra məktəblilərin ifasında bədii kompozisiya göstərildi və inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок