Son Xəbərlər:
Qubada “Şanlı Ordumuz” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilmişdir

Qubada “Şanlı Ordumuz” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilmişdir

Quba rayonu Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta məktəbində Azərbaycan QMƏVŞAİB Quba rayon filialının təşəbbüsü və təşkilatçılığı ilə “Şanlı Ordumuz” adlı hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Quba rayon filialının sədri Yusif Nöhbalayev, sədr müavini Rəşid Əmirov,  Qeyri-hökumət təşkilatlarının resurs mərkəzinin direktoru, müharibə veteranı Eynulla Xeyrullayev, məktəbin direktoru Aygün İbrahimova, ibtidai hərbi hazırlıq müəllimi Mobil Əhmədov, keçmiş döyüşçu və yazıçı, müharibə veteranı Kərim Dünyamalı və qəsəbənin bələdiyyə sədri Vüqar Şirinov çıxış etmişlər.

Çıxış edənlər dövlət və ordu quruculuğundan, Ali Baş Komandanın fəaliyyətindən, Azərbaycan ordusunun təşəkkül tarixindən danışdılar.

Şagirdlərin hazırladıqları hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya alqışlarla qarşılandı.

Azərbaycanın dövlət himni səsləndirildi və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Məktəbdə, rayon ictimaiyəti arasında və orduda göstərdiyi hərbi-vətənpərvərlik işlərində xidmətlərinə görə Quba-Qusar özünümüdafiə batalyonunun keçmiş qərargah rəisi, ehtiyatda olan baş leytenant, məktəbin ibtidai hərbi hazırlıq müəllimi Mobil Əhmədov ictimai birliyin təsis etdiyi “Vətənpərvərlik işlərində xidmətlərinə görə” medalı ilə təltif olundu.

Tədbirdə müharibə veteranı Kamran Tehruzi, müharibə əlili Abasəli Abasov, rayonun “Şəfəq” qəzetinin müxbiri və foto operatoru və başqaları iştirak etmişlər.

Tədbir “Şəfəq” qəzetində işlqlandırılmışdır.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок