Son Xəbərlər:
Qubada şəhid Ramin Abdulrahmanovun qırx mərasimi keçirildi

Qubada şəhid Ramin Abdulrahmanovun qırx mərasimi keçirildi

Sentyabrın axırında cəbhənin Fizuli istiqamətindəki təmas xəttində şəhid olan Quba SHXÇDX-dən xidmətə çağırılmış hərbi qulluqçu Ramin Şövkət oqlu Abdulrahmanovun qırx mərasimi olmuşdur.

Mərasimdə Quba rayon Icra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayon ictimaiyəti, müharibə əlilləri və veteranları iştirak etmişlər.

Mərasimdə şəhidin siyasi işlər üzrə komandiri çıxış etmiş və Raminin qəhrəmanlıq göstərərək şəhid oıması haqqında geniş məlumat vermişdir. Din xadimlərinin iştirakı ilə Quran ayələri oxunmuş və ehsan süfrəsi açılmışdır.

Sonda şəhidin qəbri yad edilmiş və önünə gül dəstələri düzülmüşdür.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок