Son Xəbərlər:
Qubada şəhid ailələri və müharibə əlili evlərində ziyarət olunmuşlar

Qubada şəhid ailələri və müharibə əlili evlərində ziyarət olunmuşlar

Quba rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri və Azərbaycan QMƏVŞAİB-in Quba rayon filialının sədri Yusif Nöhbalayev rayonda yaşayan bir qrup şəhid ailəsini və Qarabağ müharibəsi əlilini Qurban bayramı münasibətilə təbrik etmişlər.

Dörd şəhid ailəsi və Qarabağ müharibəsi əlili yaşadıqları ünvanlarda ziyarət olunmuş,  bayram sovqatları ilə təbrik edilmiş, onların sosial problemləri ilə maraqlanılmışdır.

Təbrik olunanlar göstərilən diqqətə görə öz təşəkkurlərini bildirmişlər.

 

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок