HomeBütün XəbərlərQubada Ramin Dadaşovun anım günü qeyd edildi

Qubada Ramin Dadaşovun anım günü qeyd edildi

Qubada Ramin Dadaşovun anım günü qeyd edildi

Azərbaycan QMƏVŞAİB-in Quba rayon filialının təşkilatçılığı ilə Quba rayon Ramin Dadaşov adına Pirvahid kənd tam orta məktəbində tədbir keçirilmişdir.

Tədbir məktəbin adını daşıdığı Ramin Dadaşovun anım günü ilə əlaqədar təşkil olunmuşdur. Tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın Dövlət Himni iştirakçılar tərəfindən canlı oxunmuşdur.

Tədbirdə filialın sədri Yusif Nöhbalayev, istefada olan hərbçilər, məktəblərin hərbi rəhbərləri Mobil Əhmədov, İsmət Cəfərov və Qarabağ müharibəsi əlilləri çıxış etmişlər.

Çıxışlarda müharibədəki aqlr döyüşlərdən, Ramin Dadaşovun qəhrəmanlıqlarından, şəhidlərə dövlətmizin göstərdiyi qayğıdan bəhs edilmişdir. Şagirdlərə hər an Vətənin müdafiəsinə hazır olmaq tövsiyə olunmuşdur.

Tədbirin sonunda bədii kompozisiya nümayiş etdirilmişdir.

Tədbirdən sonra filialın üzvləri şəhidin evinə baş çəkmiş, valideynlərinin qayğıları ilə maraqlanmışlar.