Son Xəbərlər:
Qubada Qurban bayramı ilə əlaqədar xeyriyyə tədbiri keçirilmişdir

Qubada Qurban bayramı ilə əlaqədar xeyriyyə tədbiri keçirilmişdir

Sentyabrın 2 də QMƏVŞAİB Quba rayon filialının və Tələbə təşəbbüs qurupunun dəstəyi ilə ictimai birliyin yerli ofisində Qurban bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə on iki nəfər maddi vəziyəti aqır olan Qarabağ əlilinə və müharibə veteranına qurban payı, geyim əşyaları və uşaqlara üçün məktəb ləvazimatları verilmişdir.

Tədbirdə Tələbə təşəbbus qurupunun sədri Vusal Məhəmmədoğlu çıxış edərək hamını bayram münasibətilə təbrik etdi və belə tədbirlərin davam etdirəcəylərini qeyd etdi.

QMƏVŞAİB Quba rayon filialının sədri Yusif Nöhbalayev çıxış edərək bu tədbirin xeyirxah bir təşəbbüs olduğunu qeyd edərək təşkilatçllara öz təşəkkurünü bildirdi.

Qurban payları, geyim əşyaları və məktəb ləvazimatları paylandıqdan sonra tədbir başa çatdı.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок