Son Xəbərlər:
Qubada Qarabağ müharibəsi iştirakçıları və əlillərinin reabilitasiyası məsələləri ilə bağlı tədbir keçirilmişdir

Qubada Qarabağ müharibəsi iştirakçıları və əlillərinin reabilitasiyası məsələləri ilə bağlı tədbir keçirilmişdir

Quba rayonunda Cəmiyətin və Vətəndaş Münasibətlərinin Inkişafı ictimai birliyinin və Azərbaycan QMƏVŞAİB-in Quba rayon filialının təşəbbüsü və dəstəyi ilə tədbir keçirilmişdir.

Tədbirin məqsədi istefada olan hərbçilərin, müharibə iştirakçılarının və Qarabağ müharibəsi əlillərinin reabilitasiyası ilə bağlı vəziyyətlərinin öyrənilməsi və bu istiqamətdə islahatların aparılması və ictimai dəstəyin verilməsi idi.

Layihənin rəhbəri ekspert İsmayll Kərimov öz çıxışında bu barədə məlumat verdi. Sonra söz Azərbaycan QMƏVŞAİB-in Quba rayon filialının sədri Yusif Nöhbalayevə verildi. Yusif Nöhbalayev rayonda yaşayan Qarabağ əlillərinin sağlamlıqlarının bərpası və reabilitasiyası istiqamətində görülən işlərdən danışdı.

Daha sonra söz regional resurs mərkəzinin direktoru Eynulla Xeyrullayevə verildi. O, öz çıxışında mövzu ilə bağlı fikirlərini bölüşdü.

Tədbirdə qonaq qismində iştirak etmiş digər qeyri-hökumət və hökümət təşkilatlarının nümayəndələri, həmçinin  bir qrup müharibə əlili və veteranı da bu barədə öz fikirlərini bildirmişlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок