Son Xəbərlər:
Qubada özünümüdafiə taborunun yaradılmasının ildönümü qeyd edilmişdir

Qubada özünümüdafiə taborunun yaradılmasının ildönümü qeyd edilmişdir

Azərbaycan QMƏVŞAİB-in Quba rayon filialının təşəbbüsü və iştirakı ilə Quba-Qusar özünümüdafiə taborunun yaradılmasının ildönümü qeyd edilmişdir.

Tədbirdə Quba-Qusar taborunun komandirləri və döyüşcüləri, jurnalistlər və media nümayəndələri , eləcə də başqa qonaqlar iştirak edirdilər.

Qonaqlar sırasında Quba-Qusar taborunun yaradıcılarından biri olmuş, Qubanın keçmiş rayon prokuroru Əli Eyvazov, Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Xudaverdiyev,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi, Azərbaycan Veteranlar Birliyinin Quba rayon şöbəsinin sədri İsmayıl Babayev, Azərbaycan QMƏVŞAİB-in Quba və Qusar rayon şöbələrinin sədrləri Yusif Nöhbalayev və Canəli Hörmətov da var idi.

Tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarıt etmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, məzarlar önünə gül dəstələri düzülmüş və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunmuşdur.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок