Son Xəbərlər:
Qubada “Müstəqilliymiz dönməzdir, əbədidir” adlı tədbir keçirilmişdir

Qubada “Müstəqilliymiz dönməzdir, əbədidir” adlı tədbir keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in Quba rayon filialının təşəbbüsü və təşkilatçılığı ilə Quba rayonundakı şəhid Mahmud Mahmudov adına Afurca kənd tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümü ərəfəsində “Müstəqilliymiz dönməzdir, əbədidir” adlı tədbir keçirilmişdir.

Məktəbin direktoru Hikmət Hüseynov tədbiri açıq elan edərək iştirakçıları salamlamış, Azərbaycanın Dövlət Himni canlı olaraq oxunmuşdur.

Ərazi bütövlüymüz və dövlət müstəqiliymiz uğrunda şəhid olmuş həmvətənlərmizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Quba rayon filialının sədri Yusif Nöhbalayev,  Milli QHT Forumunun resurs mərkəzinin rəhbəri, müharibə veteranı Eynulla Xeyrullayev, II qrup Qarabağ müharibəsi əlili Əhməd Baloğlanov, məktəbin tarix müəllimi H.Balaqadaşov və başqaları çıxış edərək dövlət müstəqiliymizdən, ordu quruculuğundan və torpaqlarımızı işğaldan azad etməyə həmişə hazır olmağımızdan danışdılar.

Çıxış edən natiqlər şagirdləri Vətənin müdafiəsinə hazlr olmağa, dövlətimizin siyasətinə hər vasitə ilə dəstək olmağa çağırdılar.

Məktəbin VII sinif şagirdi Mustafayeva Mətanət, XI sinif şagirdi İsaqova Fidan və başqalarının ifasında vətənimiz və ordumuz haqqında şeirlər səsləndiriildi.

II qrup Qarabaq müharibəsi əlili Səbuhi Cəfərova ictimai birliyin təsis etdiyi “Vətən Naminə” medalı təqdim olundu.

Afurca kəndi kiçik kənd olmasına  baxmayaraq, döyüşlərdə 8 şəhid vermişdir. Kənd sakinlərindən 4 nəfər müharibədə əlil olmuş və 14 nəfər isə müharibə veteranı adını daşıyır.

Tədbirin sonunda məktəbin direktoru Azərbaycan QMƏVŞAİB-in Quba rayon filalına keçirilən tədbirə görə təşəkkur etdi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок