Son Xəbərlər:
Qubada müharibə veteranları İcra Hakimiyyətinin başçısı ilə görüşdülər

Qubada müharibə veteranları İcra Hakimiyyətinin başçısı ilə görüşdülər

Azərbaycan QMƏVŞAİB-in Quba rayon filialının təşəbbüsü və təşkilatçılığı ilə Quba rayon Icra Hakimiyətinin başçısı cənab Ziyəddin Əliyevlə görüş keçirilmişdir.

Görüşdə Qarabağ əlillərinin, şəhid ailələrinin və veteranların iş və ev ilə təminat məsələləri, ev növbəsi ilə əlaqədar problemlər diqqət mərkəzində olmuşdur.

Tədbirdə Şəhidlər Xiyabanının əsaslı təmiri, filiala yeni ofis ayrllması, maddi köməklik göstərilməsi və digər məsələlər müzakirə olundu.

Sonda görüşdə iştirak edən müharibə veteranları Quba rayon Icra hakimiyətinin başçısına müharibə zümrəsindən olan insanlara göstərdiyi diqqət və qayğıya, eləcə də qəbul edib dinlədiyinə və bundan sonra da göstərəcəyi köməyə görə təşəkkür etdilər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок