Son Xəbərlər:
Qubada Mübariz İbrahimovun anadan olmasının 30 illiyi qeyd olundu

Qubada Mübariz İbrahimovun anadan olmasının 30 illiyi qeyd olundu

Azərbaycan QMƏVŞAİB Quba rayon filialının təşkilatçılığı ilə İsak Xanukov adına  Quba Qırmızı qəsəbə tam orta məktəbində milli qəhrəmanımız Mübariz İbrahimovun doğum günü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Filialın sədri Yusif Nöhbalayev, Quba-Qusar taborunun keçmiş döyüşçuləri, bölük komandiri, ehtiyatda olan zabit və həmin məktəbin intidai hərbi hazırlıq müəllimi Gülağa Sultanov, Quba regional resurs mərkəzinin direktoru, müharibə veteranı Eynulla Xeyrullayev, müharibə veteranı və yazıçı Kərim Dünyamalı, məktəbin direktoru Simanguyev Yavuşva Donoviç və məktəbin şagirdi Məlikov Əli çıxış edərək Mübariz İbrahimovun döyüş yolundan, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğuna, şəhid və Qarabağ əlillərinə göstərdiyi diqqət və qayğıdan danışdılar. Onlar şagirdlərə Mübariz kimi qəhrəman olmağı və lazım gələrsə, Vətən uğrunda qəhrəmanlıq göstərib şəhid olmaqdan fəxr və qurur duymağı arzu etdilər.

Şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок