Son Xəbərlər:
Qubada “Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə QHT-lərin öhdəlikləri” mövzusunda təlim keçirilmişdir

Qubada “Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə QHT-lərin öhdəlikləri” mövzusunda təlim keçirilmişdir

2019-cu il iyunun 7-si Quba şəhərindəki Quba Palace Hotel-də Şəffaflıq Naminə Vətəndaş Cəmiyyətinin (ECSOFT) layihəsi  çərçivəsində “Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə QHT-lərin öhdəlikləri” mövzusunda təlim keçirilmişdir.

Tədbir ECSOFT layihəsinin nümayəndəsi Məhəmməd Quluzadə və Ədliyyə Nazirliyinin QHT-lərlə iş şöbəsinin rəisi Səbinə Salmanovanın çıxışları ilə açılmışdır.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev ekspert qismində çıxış edərək qanunvericilik çərçivəsi, Ədliyyə Nazirliyinin səlahiyytləri, daxili nəzarət sistemi, məsul şəxs və daxili auditor haqqında məlumat vermişdir.

Çay süfrəsi ilə müşayiət olunan fasilədən sonra ekspert Əliməmməd Nuriyev çıxışını davam edərək müştərilərin eyniləşdirilməsi və verifikasiyası, şübhəli əməliyyatlar barədə məlumatın verilməsi, sənəd nümunələri və daxili qaydalar haqqında iştirakçıları məlumatlandırmışdlr.

Tədbirin sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Quba, Qusar, Xaçmaz və Şabran rayon filiallarının və şimal zonasında olan başqa QHT təşkilatlarının sədrləri də iştirak edirdilər.

Çıxış edənlər tədbirdən məmnunluqlarını bildirmiş, əhəmiyyətini qeyd etmişlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок