Son Xəbərlər:
Qubada aprel döyüşlərinin ikinci ildönümunə həsr olunmuş tədbir keçirilmişdir

Qubada aprel döyüşlərinin ikinci ildönümunə həsr olunmuş tədbir keçirilmişdir

2018-ci il aprelin 6-da Quba rayon mərkəzi kitabxanasında Azərbaycan QMƏVŞAİB Quba rayon filialının təşəbbusu və təşkilatçılığı ilə aprel döyüşlərinin ikinci ildönümunə həsr olunmuş tədbir keçirilmişdir.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu.

‎Tədbirdə kitabxana işçiləri ilə yanaşı keçmiş döyüşçülər və aprel döyüşlərinin iştirakçıları – aprel döyüşçüsü, II qrup müharibə əlili Təhmasib Rəhimov, müharibə veteranı Mürşüdlü Taleh, Azərbaycan QMƏVŞAİB Quba rayon filialının sədri Yusif Nöhbalayev, filialın sədr müavini Rəşid Əmirov, ehtiyatda olan zabit Mobil Əhmədov iştirak etmişlər.

‎Çıxış edənlər aprel döyüşlərinin əhəmiyyətindən, ordumuzun şücaətindən danışdılar.

Aprel döyüşçüsü Təhmasib Rəhimov erməni diversiya qrupunun məhv edilməsindən və ordumuzun əks hücumunun təşkilindən bəhs etdi.

‎Kitabxananın müdürü Saməddin Nəsirov da geniş çıxış etmiş, aprel döyüşləri haqda videoçarx nümayiş etdirilmişdir.

‎‎Tədbirin sonunda Azərbaycan QMƏVŞAİB Quba rayon filialı tərəfindən aprel döyüşlərinin iştirakçılarına fəxri fərmanlar təqdim olundu.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок