Son Xəbərlər:
Qubada 9 may – faşizm üzərində qələbənin 73-cü ildönümü qeyd olunmuşdur.

Qubada 9 may – faşizm üzərində qələbənin 73-cü ildönümü qeyd olunmuşdur.

Quba rayonunda 9 may – faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə Azərbaycan QMƏVŞAİB Quba rayon filialının iştirakı ilə tədbir keçirilmişdir.

Tədbirdə Böyük Vətən müharibəsinə həsr olunmuş abidənin önünə gül-çiçək dəstələri qoyulmuşdur.

Böyük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilmiş və xatirə şəkilləri çəkilmişdir. Çıxış edənlər arzu etmişlər ki, qələbə bayramını erməni faşistləri uzərində qələbədən sonra Şuşada keçirək.

Daha sonra Qubadakı Şəhidlər Xiyabanı ziyarət olunmuş, şəhidlərimizin məzarları önünə gül dəstələri qoyulmuş, dualar oxunmuşdur.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок