Son Xəbərlər:
Qubada əlilin 60 illik yubileyi qeyd olundu

Qubada əlilin 60 illik yubileyi qeyd olundu

Quba rayon filialının təşkilatçılığı ilə I qrup Qarabağ müharibəsi əlili e.o. baş leytenant Fərhad Ələkbər oğlu Kazımovun 60 yaşının tamam olması ilə əlaqədar yubiley keçirilmişdir.

Əlilin evində çay süfrəsi təşkil olunmuşdur. Tədbiri Azərbaycan QMƏVŞAİB-in Quba rayon filialının sədri Yusif Nöhbalayev giriş sözü ilə açaraq yubilyarı təbrik etmişdir. Fərhad Kazımov ictimai birliyin təsis etdiyi “Vətənpərvərlik işlərində xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur. Birliyin sədri medalı təqdim etmişdir.

Tədbirə dəvət olunanlar arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Ziya Bağırlı, Qubadakı “Şəfəq” qəzetinin müxbiri Məzahir Məmmədov, fotoqraf Nazim Məmmədov, döyüş yoldaşları və ailə üzvləri iştirak etmişlər.

Tədbir iştirakçıları I qrup yataq xəstəsi olan Fərhadı təbrik etmiş və onun sevincinə şərik olmuşlar. Xatirə şəkilləri çəkilmiş və ona hədiyyələr təqdim olunmuşdur.

Filial sədri bildirmişdir ki, ictimai birliyin Quba rayon filialı mütəmadi olaraq Fərhad Kazımov kimi yataq xəstəsi olan Qarabağ əlillərinə baş çəkir və bu işi bundan sonra da davam etdirmək niyyətindədir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок