Son Xəbərlər:
Quba rayonunda “Yeniyetmələrin məcburi əməyə cəlb olunmasına qarşı mübarizə sahəsində maarifləndirilmə işinin təşkili” layihəsi icra olunur

Quba rayonunda “Yeniyetmələrin məcburi əməyə cəlb olunmasına qarşı mübarizə sahəsində maarifləndirilmə işinin təşkili” layihəsi icra olunur

Vetennamine.az saytına verilən məlumata görə layihə Ailələrə Sosial Dəstək ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.

Layihə çərçivəsində keçirilən tədbirdə ictimai birliyin sədri Esmira Rəhimova yeniyetmələrə layihə, onun məqsədi və donoru haqqında məlumat verib. E.Rəhimova Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş yaş həddi və əmək müqaviləsi haqqında danışıb.

Layihənin eksperti məktəblilərə dövlətimizin məcburi əməyə qarşı mübarizə istiqamətində gördüyü işlər və bunun qarşısının alınması üçün atılan addımlar barədə məlumat verib.

Yeniyetmələrə layihə çərçivəsində dəftərxana ləvazimatları hədiyyə edilib.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок