Son Xəbərlər:
Quba rayonunda Qarabağ müharibəsində itkin düşənlərin ailə üzvləri üçün tədbir keçirilmişdir

Quba rayonunda Qarabağ müharibəsində itkin düşənlərin ailə üzvləri üçün tədbir keçirilmişdir

Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin təşkilatçılığı və dəstəyi ilə Quba rayonunda Qarabağ müharibəsində itkin düşənlərin ailə üzvləri üçün tədbir keçirilmişdir.

Tədbirin məqsədi itkin düşmüş əsgər ailələrinə mənəvi dəstək olmaq, onları sevindirmək və onların heç vaxt yaddan çıxmayacaqlarını bir daha onların nəzərinə çatdırmaq idi.

Tədbirdə Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi Aynur Yəhyayeva, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin əməkdaşı Nərmin İsmayılova, layihənin rəhbəri Elmira Mirzəyeva, Azərbaycn QMƏVŞAİB-in Quba rayon filialının sədri Yusif Nöhbalayev, şəhid ailələri, Qarabağ əlilləri və Quba rayonundan təxminən qırx nəfər itkin düşmüş əsgər ailəsindən nümayəndələr işturak edirdilər.

Tədbir iştirakçılarının nəzərinə tədbirin itkin düşənlərin anım günu kimi qeyd olunmasını çatdırdılar. Tədbir rayonda yerləşən restoranda qeyd edildi və yüksək səviyyədə ehsan süfrəsi verildi.

Qonaqlar çıxış edərək müharibənin xalqımıza vurduğu yaralardan, verdiyimiz qurbanlardan, dövlətimizin qayğısından danışdılar. Qeyd edildi ki, tədbirin təşkilində Quba rayon filialının sədrinin böyük köməyi olmuşdur. Göstərdiyi köməyə görə zəhməti olanlara təşəkkur deyildi.

Tədbirdə Quba məktəblilərinin ifasında ədəbi-bədii kompozisya ifa olundu.

Sonda belə tədbirlərin mütəmadi keçirilməsinin lazım olduğu qeyd olundu.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок