Son Xəbərlər:
Quba rayonunda “Hər şey Vətən üçün!” layihəsi həyata keçirilir.

Quba rayonunda “Hər şey Vətən üçün!” layihəsi həyata keçirilir.

“Kəndlərin İnkişafı” Uşaq və Gənclər ictimai birliyi “Hər şey Vətən üçün!” yeniyetmələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsi layihəsini icra edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində ilk tədbir keçirilib. Tədbirdə layihə rəhbəri çıxış edərək yeniyetmələrə layihənin məqsədi haqqında məlumat verib.

Layihənin eksperti çıxışında dövlətimizin qəhrəmanlıq tarixinin öyrənilməsinin, gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyə edilməsinin əhəmiyyətindən, aprel döyüşlərində əsgərləmizin qəhrəmanlıqlarından danışıb. 8 may – Şuşanın işğalı günündən danışan ekspert bayrağımızın tezliklə Şuşada dalğalanacağını bildirib. May ayında respublikamızda keçirilən əhəmiyyətli tədbirlər haqqında məlumat verilib. 9 may – Qələbə gününün və 10 may – ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 illiyinin bütün regionlarda qeyd edildiyi diqqətə çatdırılıb.

Tədbir iştirakçılarına sertifikatlar təqdim edilib, bukletlər və dəftərxana ləvazimatları paylanılıb.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок