Qobuda şəhidlərin xatirəsi yad edilmişdir

Azərbaycan QMƏVŞAİB-in Abşeron rayon filialının üzvləri 2020-cı il yanvarın 10-da Qobu qəsəbəsində yanvar ayında şəhid olmuş 4 şəhidin – Salmanov Rəfayıl Oruc oğlu, Rəhmanov Zakir Əlişan oğlu, Ismayılov Xanbala Hacıverdi oğlu və Əliyev  Xəqan Yusif oğlunun xatirəsini yad etmişlər.

Tədbir qəsəbədəki Şəhidlər kompleksinin önündə keçirilmişdir. Şagirdlərin ifasında şəhidlərə həsr olunmuş kompozisiya nümayiş etdirilmişdir. Şəhidlərimizin ruhlarına fatihələr oxunmuş və ehsan süfrəsi verilmişdir.