Son Xəbərlər:
QMƏVŞAİB sədri Mehdi Mehdiyevin birliyin üzvlərinə müraciəti

QMƏVŞAİB sədri Mehdi Mehdiyevin birliyin üzvlərinə müraciəti

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin sədri Mehdi Mehdiyevin birliyin üzvlərinə

MÜRACİƏTİ

 

Hörmətli bacı və qardaşlar, dəyərli döyüşçü dostlarım!

1993-cü ildə Azərbaycan Respublikasında baş verən ixtişaşlar və özbaşınalıq dövlətçiliyin itirilməsi təhlükəsini yaratmışdı. Xalqımızın bu fəlakətdən çıxış yolunu yalnız Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün xalqın müraciəti nəticəsiz qalmadı. O, xalqımızın düşdüyü bu vəziyyətə və dövlətçiliyin itirilməsi təhlükəsinə biganə qala bilmədi. 1993-cü il iyunun 15-də o, xalqımızın istəyi ilə ikinci dəfə hakimiyyətə qayıtdı və xalqı düşdüyü bu bəladan xilas edə bildi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün sahələrdə gördüyü işlərlə yanaşı Qarabağ müharibəsi iştirakçılarının statusunu müəyyənləşdirmiş, şəhid ailələrinə və müharibə əlillərinə mənzil və fərdi evlər tikilməsi üçün göstərişlər vermiş, hərəkət-dayaq sistemi pozulmuş Qarabağ müharibəsi əlillərinin avtomobillərlə təmin olunması üçün sərəncam vermişdir, bütün müharibə işçiləri sığortalanmış və digər sosial yönümlü məsələlər öz həllini tapmağa başlamışdır. Ulu Öndərimizin layiqli davamçısı cənab İlham Əliyev hakimiyyətə gəldikdən sonra ölkənin sürətli iqtisadi inkişafı ilə yanaşı bu təbəqədən olan insanlara diqqət və qayğı daha da artmağa başlamışdır.

İctimai Birlik 2001-ci ildə yarandığı gündən öz üzvlərinin qayğısına qalmaqla yanaşı onların hüquqlarının müdafiəsini özünün prioritet vəzifələrindən biri kimi müəyyənləşdirmişdir. Sizlərin sosial-məişət, tibb və digər sahələrdə mövcud olan problemləriniz mütamadi olaraq Birliyin idarə heyəti ilə müzakirə olunur və təkliflər hazırlanıb aidiyyatı üzrə dövlət qurumlarına göndərilir.

Nazirliklərə verdiyimiz təkliflərin həlli üçün Ali Baş Komandan cənab İlham Əliyevin göstərişi ilə komisiyalar yaradılıb. Mən, sizləri əmin etmək istəyirəm ki, bir sıra sosial məsələlər tezliklə öz həllini tapacaq və bu istiqamətdə işlər davamlı olaraq aparılacaqdır.

Çox təəssüflər olsun ki, son zamanlar mövcud olan bəzi problemlərə görə, Qarabağ müharibəsi əlilləri sıralarından iradəsizlik göstərib, çıxış yolunu özlərinə qəsd etməklə görənlər var. Ən acınacaqlısı isə bu faciəyə haqq qazandırmaq və bundan bəhrələnmək istəyənlər də var.

Mən hər birinizə, sizlərlə çiyin-çiyinə vuruşan bir döyüşçü yoldaş kimi müraciət edirəm: Özünə qəsd etməyi çıxış yolu seçməyin və “DÖYÜŞÇÜ”yə yaraşmayan bu yola düşənləri çəkindirməyə çalışın. “DÖYÜŞÇÜ” adını hər zaman uca tutun.

Bu gündən etibarən İctimai Birliyin www.vetennamine.az saytı sizlərin xidmətinizdədir. Artıq siz öz problemlərinizi, istək və arzularınızı saytın onlayn xidmətinə göndərə bilərsiniz. Əmin olun ki, sizin müraciətləriniz cavabsız qalmayacaqdır.
Sizlərə hörmətlə,

Qarabağ Müharibəsi Əlilləri, Veteranları
və Şəhid Ailələri İctimai birliyinin sədri:        Mehdi Mehdiyev

 

 

 

 

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок