Son Xəbərlər:
QMƏVŞAİB Qaradağ rayon filialının  üzvləri Müstəqillik günü münasibətilə əsgərlərlə görüş keçirmişlər.

QMƏVŞAİB Qaradağ rayon filialının üzvləri Müstəqillik günü münasibətilə əsgərlərlə görüş keçirmişlər.

18 oktyabr 2015-ci il.

Oktyabrın 16-sı Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Qaradağ rayon filialının üzvləri Müstəqillik günü münasibətilə Mülkü Müdafiə qoşunlarının hərbi hissəsində əsgərlərlə görüş keçirmişlər. Görüşdə QMƏVŞAİB rayon filialının sədri, II qrup müharibə əlili Maqsud Heydərov, II qrup müharibə əlilləri Əvəz İsmayılov və Hafiz Sarıyev, müharibə veteranı Novruz Quliyev çıxış edərək öz döyüş yollarından danışdılar, əsgərləri Müstəqillik günü münasibətilə təbrik etdilər. Çıxışlarda müstəqillik yolunda xalqımızın keçdiyi çətin və şərəfli yoldan danışılmış, əsgərlərin vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində söhbətlər aparılmışdır.

Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup əsgərə hədiyyələr təqdim edildi. Keçirilən tədbirə görə alay komandirinin müavini, polkovnik-leytenant Əliyar İsmayılov QMƏVŞAİB rayon filialının üzvlərinə minətdarlığını bildirdi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок