Son Xəbərlər:
QHT Şurası Prezident fərmanına ictimai dəstək verəcək

QHT Şurası Prezident fərmanına ictimai dəstək verəcək

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti,  “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi”nin direktoru, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı  Sərraf Oruc prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında aprelin 19-da imzaladığı fərmanının cəmiyyətdə müsbət qarşılandığını bildirmişdir.  

       Cənab prezidentin bu mühüm Fərmanının icrasına məsul olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sosial Sığorta Şirkəti ilə  yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbay­can Respub­likası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun 23 aprel – 15 avqust 2018-ci il tarıxlərində  həyata keçirdiyi  “Regionlarda şəhid ailələrinin, müharibə əlillərinin tibbi reabilitasiyası və sosial problemlərinin həllinə dəstək” layi­hə­si çərçivəsində ictimai dəstək verəcək.

Sərraf Oruc həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirib ki, “Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və ve­teran­lara qay­ğı göstərmək həm dövlətin, həm də cəmiy­yətin başlıca vəzifələ­rin­dən biridir!”.

Şəhid aillərinin üzun müddət həsrətlə gözlədikləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2018-ci il tarixli mühüm Fərmanını müsbət qiymətləndirərək cənab Prezidentə çoxsaylı şəhid və hərbi əməliyyatlarda itkin düşmüş hərbi qulluqçuların ailləri adından təşəkkürümüzü bildiririk. Cənab Prezidentin bu Fərmanı şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara  və  hərbi qulluqçulara böyük stimul verərək, onlarda vətənpərvərlik  ruhunu  artıracaqdır.

Həyata keçirilən layihənin əsas məqsədi də məhz 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə, Azərbaycan Respublikasının Prezidentinin, 19 aprel 2018-ci il tarixli Fərmanı ilə müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik sığorta vəsaitini almaları üçün hüquqi köməklik göstərməkdən ibarətdir.

Layihə çərçivəsində həmçinin regionlarda, Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almış müharibə əlillərinin, xarici ölkələrdə müalicələrinin, Səhiyyə Nazirliki və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliki tərəfindən təmin olunmasına hüquqi köməklik göstərməkdən  və əlil vətandaşlara, «Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” elektron xidmət vasitəsi ilə əlilliyin təyin olunması, əlillik müayinəsinin nəticəsi, növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi barədə  https://www.e-gov.az/az/services  xidmətində köməklik göstəriləcəkdir.

Ümüd edirik ki, “Regionlarda şəhid ailələrinin, müharibə əlillərinin tibbi reabilitasiyası və sosial problemlərinin həllinə dəstək” layihəsi sahəsində görüləcək işlər, 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına ictimai  dəstək verərək öz xeyirli  tövhəsini verəcəkdir.

Azərbaycan Respublikası   «Beynəlmiləlçi Əlil Döyüşçülər»
Fondunun Mətbuat Xidməti.
Mobil: (055) 210 97 16.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок