HomeBütün XəbərlərCəmiyyətQHT Lənkəranda aztəminatlı ailələrdən olan yeniyetmələrə idman geyim və ləvazimatları paylayıb.

QHT Lənkəranda aztəminatlı ailələrdən olan yeniyetmələrə idman geyim və ləvazimatları paylayıb.

QHT Lənkəranda aztəminatlı ailələrdən olan yeniyetmələrə idman geyim və ləvazimatları paylayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tərəfdaşlığı ilə “Lənkəran Peşəkar İdman Klubu” ictimai birliyi tərəfindən icra edilən “Aztəminatlı ailələrdən olan çağırışa qədərki gənclərə fiziki tərbiyyənin inkişafı üçün idman geyim dəsti və zəruri idman ləvazimatının verilməsi” layihəsi çərçivəsində Lənkəran rayonunda yaşayan aztəminatlı ailələrdən olan 10 nəfər yeniyetməyə idman geyim dəsti və idmanda istifadə edilən zəruri ləvazimatlar təqdim edilib. Açıq havada sosial məsafənin gözlənilməsi şəraitində keçirilən təqdimat mərasimində “Lənkəran Peşəkar İdman Klubu” ictimai birliyiprezidenti, layihə rəhbəri Vüqar Sultanov uşaq və yeniyetmələrdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, onlarda idmana marağın artırılması baxımından hazırkı layihənin əhəmiyyətini vurğulayıb. Layihənin maliyyələşdirəndövlət qurumu, tərəfdaş təşkilatlar, layihənin məqsəd və vəzifələri, görülən işlər və gələcək prespektivlər haqqında qısa məlumatları diqqətə çatdırıb. Dəvət olunmuş qonaqlardan “Maarifpərvəlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiayasiyası ictimai birliyinin sədri Afiq Məlikov, “Şəfəq” Ekoturizm ictimai birliyinin prezidenti Vamiq Babayevvə idman ustası – məşqçi Samir Cavadlı çıxışında vətənpərvərlik ruhunun yüksəldilməsi, hərbi xidmətə qədərkidövrdə yeniyetmələrin fiziki sağlamlığının artırılması, COVİD-19 pandemiyası şəraitində aztəminatlı ailələrə, o cümlədən onların övladlarına stimullaşdırıcı dəstəyin göstərilməsibaxımından belə bir layihənin icrasını yüksək qiymətləndiriblər. 

Layihənin həyata keçirilməsində məqsəd çağırışa qədərki gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və onların fiziki hazırlığının inkişaf etdirilməsinə dəstək olmaqdır.

Hörmətlə,

“Lənkəran Peşəkar İdman Klubu” 

ictimai birliyinin prezidenti Vüqar Sultanov