Son Xəbərlər:
Qazaxda «Vətənpərvər Azərbaycan gənci” adlı tədbir keçirilib

Qazaxda «Vətənpərvər Azərbaycan gənci” adlı tədbir keçirilib

Qazaxda Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Azərbaycan Dağ Yəhudiləri Dini İcması və Veteran Tankçılar ictiamai birliyi tərəfindən Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş «Vətənpərvər Azərbaycan gənci” adlı tədbir keçirilib.

Gənclər Mərkəzində təşkil olunmuş tədbirdə Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, Gənclər Fondunda Gənclər şöbəsinin aparıcı mütəxəssisi Emil Yusifov, Veteran Tankçılar ictimai birliyinin sədri Hacı Əzimov, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının nümayəndəsi Georgiy Sergey Stepanoviç, Qarabağ müharibəsi veteranları, məktəb direktorları, gənc müəllimlər, rayonun şəhər və kəndlər üzrə idarə, müəssisə və təşkilatlarında çalışan, eləcə də yaşayan gənclər, Milli Qəhrəman Albert Aqarunovun döyüş yoldaşları, KİV nümayəndələri iştirak edirdilər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra «Milli Qəhrəman Albert Aqarunovun həyat yolu” adlı film nümayiş olundu.

Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının üzvləri də iştirak etmişlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок