Son Xəbərlər:
Qazaxda tədbir: “Dövlət hər zaman öz vətəndaşının yanındadır”

Qazaxda tədbir: “Dövlət hər zaman öz vətəndaşının yanındadır”

2014-cü ildə “Xalq Bank”dan aldığı krediti ödəyə bilməməsi səbəbindən dövlət tərəfindən verilən evinə həbs qoyulan Qazax rayon sakini  II dərəcəli  Qarabağ müharibəsi əlili Qurban Həmzə oğlu Qurbanovun  evini Birinci Vitse-prezident Mehriban xanım Əliyeva geri qaytardı.

“Səsimizə Birinci Vitse-prezident Mehriban xanım  Əliyeva səs verdi. Heydər Əliyev Fondunun köməkliyi ilə Qarabağ qazisi Qurban Qurbanovun evi geri qaytarıldı.

Hörmətli Prezidentimiz İlham Əliyev, hörmətli Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyeva!

Sizə Azərbaycan Qarabag Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Qazax rayon filiyalının üzvləri  adından, bütün qazaxlılar adından dərin təşəkkürümüzü bildiririk” – deyə Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının sədr müavini Namiq Alıyev bildirmişdir.

Qeyd edək ki, Qurban Qurbanov həyat yoldaşının və oğlunun xəstəliyi səbəbindən 2014-cü ilin oktyabrında dövlət tərəfindən ona verilən evi girov qoyaraq, “Xalq Bank”-dan 13 min manat kredit götürüb. Lakin o, bir müddət sonra kreditin 5 min manatını ödəyə bilmədiyi üçün evinin üzərinə həbs qoyulmuşdu.

Namiq Alıyev daha sonra demişdir:

– “Biz yaxşı bilirik ki, dövlət hər zaman öz vətəndaşının yanındadır. Heydər Əliyev Fondu və şəxsən Fondun prezidenti Mehriban xanım Əliyeva tərəfindən Qarabağ müharibəsi əlili Qurban Qurbanovun ölkə başçısının ona bəxş etdiyi və girovda olan evinin ona qaytarılması bir daha sübut etdi ki, müstəqil Azərbaycan dövlətində vətəndaş amili hər zaman yüksəkdə dayanır və bundan sonra da dayanacaqdır. Biz bir daha əmin olduq ki, Qarabağ qazilərinin arxasında dayanan, daim bizə dayaq olan dövlətimiz, İlham Əliyev kimi ölkə başçımız və hər kəsə ana, bacı qayğısı ilə yanaşan Mehriban xanım kimi Birinci Vitse-prezidentimiz var. Dövlətimiz, xüsusilə də Heydər Əliyev Fondu, şəxsən Mehriban xanım tərəfindən Qurban Qurbanovun səsinə səs verilməsi onun timsalında biz Qarabağ qazilərinə verilən qiymət, göstərilən qayğıdır”.

Qazax rayon İcra Hakimiyyətində Qarabağ müharibəsi əlilləri ilə keçirilən tədbirdə səslənən bu fikirlər bir daha onu göstərir ki, Vətən, torpaq uğrunda öz qəhrəmanlığı, göstərdiyi şücaəti ilə seçilən, Azərbaycanın ərazi bütövlüyü tam olsun deyə öz sağlamlığından keçən Vətən oğulları hər zaman dövlətinə, prezidentinə arxalanır, dövlətini və ölkə rəhbərini özlərinə arxa, dayaq sanır. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək əvvəlcə Qarabağ qazisi Qurban Qurbanovu və ailəsini təbrik edib gözaydınlığı verdi. İcra başçısı qeyd etdi ki, dünən aldığımız bu xoş xəbər təkcə Qurban Qurbanovun ailəsində deyil, bütün Qarabağ əlillərinin ailəsində böyük sevincə səbəb oldu. Onun timsalında bu sevincdən bütün qazaxlılara pay düşdü. Rayon rəhbəri bildirib ki, bu il aprelin 3-də Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə keçirilən görüşdə Qarabağ qazilərinə olan səmimi münasibəti izləyən hər kəs bir daha əmin oldu ki, ölkə prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Birinci Vitse-prezident Mehriban xanım Əliyeva hər zaman sizlərə dəstək olur, diqqət və qayğı ilə yanaşır. Dövlət və dövlət başçısı harda imtiyazlı ailələr, ehtiyacı olan insanlar varsa, onların, eləcə də Vətən torpaqlarının azadlığı uğrunda sağlamlığını itirən mərd və igid oğulların yanında dayanır. Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk gündən bu cür xeyirxah əməlləri ilə Azərbaycan xalqını, ölkənin hər bir vətəndaşını sevindirir. Mehriban xanımın həyata keçirdiyi bu xeyirxah əməllər tükənməzdir, davamlıdır və ən əsası da ulu öndər Heydər Əliyevin vətəndaşlara olan qayğısını özündə əks etdirən şərəfli bir missiyadır. Rayon rəhbəri bildirdi ki, bu gün cəmiyyətimizdə elə bir sahə tapılmaz ki, istər ölkə başçısının, istərsə də Birinci Vitse-prezidentin diqqət və qayğısı hiss olunmasın. Çünki yürüdülən məqsədyönlü siyasət və həyata keçirilən uğurlu layihələr, ən əsası da ölkə vətəndaşları ilə keçirilən səmimi görüşlər bunu söyləməyə əsas verir. Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının sədr əvəzi Xasay Balayev, sədr müavini, I qrup Qarabağ müharibəsi əlili, baş leytenant Namiq Alıyev, birliyin üzvü Nüsrət Musayev, Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyasının Qazax rayon şöbəsinin sədri, I1 qrup Qarabağ müharibəsi əlili Baxış Hüseynov çıxış edərək  bu humanist, xeyirxah əmələ görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vıtse-prezidenti Mehriban xanım Əliyevaya öz dərın  minnətdarlıqlarını bildirdilər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок