Son Xəbərlər:
Qazaxda «Şəhidliyin Adil zirvəsi» filminin təqdimatı olmuşdur

Qazaxda «Şəhidliyin Adil zirvəsi» filminin təqdimatı olmuşdur

2019-cu il fevralın 15-i Qazax rayon Gənclər Mərkəzində  «Şəhidliyin Adil zirvəsi» filminin təqdimat mərasimi keçirilmişdir.

Film Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və «Öyrədərək Öyrənirik» Gənclərin İntellektual İnkişafına Dəstək ictimai birliyinin təşkilatçılığı ilə icra olunan «Şəhidliyin Adil zirvəsi» layihəsi çərçivəsində çəkilmişdir.

Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının sədri Kamandar Məmmədov başda olmaqla filialın idarə heyəti və üzvləri filmin təqdimatında iştirak etmişlər. Filialın sədr müavini, 1 dərəcəli Qarabag müharibəsi əlili Alıyev Namiq Famil oglu cıxış edərək vətənpərvərlik ruhunda cəkilmiş «Şəhidliyin Adil zirvəsi» filminin yaradıcı heyətinə ictimai birliyin adından  minnətdarlıgını bildirmiş, gəncləri vətənpərvər ruhda tərbiyə edən belə filmlərin daha çox olmasını arzulamışdır.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок